Çap və markalama mərkəzi

1 Milyon Məhsul, 1 Məqsəd –
Mükəmməl Çap

Hər çapda keyfiyyət, hər məhsulda peşəkarlıq! Daha çoxu üzərində yüksək dəqiqlikli seriqrafiya çapı ilə markanızı ön plana çıxarırıq.

12+
İl təcrübə
800+
Məmnun müştəri
10
Çap növü
1M+
Çap olunmuş məhsul
Aşağı sürüşdür
Haqqımızda

Keyfiyyətli çapın və etibarlı tərəfdaşlığın ünvanı

MIR AY PRINT müxtəlif sahələr üzrə peşəkar çap və markalama xidmətləri təqdim edən müasir çap mərkəzidir. Fəaliyyətimiz ərzində müştərilərimizə yüksək keyfiyyət, operativ xidmət və etibarlı həllər təqdim etməyi əsas prinsip kimi qəbul etmişik.

Şirkətimiz seriqrafiya çapı, tampon çapı, UV çapı, lazer markalama, DTF çapı, sublimasyon çapı, tekstil üzərinə çap və promo məhsulların brendlənməsi sahələrində xidmət göstərir. Müasir avadanlıqlarımız və təcrübəli komandamız sayəsində müxtəlif materiallar üzərində dəqiq və uzunömürlü çap nəticələri əldə edirik.

Məqsədimiz müştərilərimizin məhsullarına əlavə dəyər qazandırmaq, brendlərinin tanınmasına və inkişafına töhfə verməkdir. Kiçik sifarişlərdən iri həcmli istehsalata qədər hər bir layihəyə eyni məsuliyyət və peşəkarlıqla yanaşırıq.

Vizyonumuz

MIR AY PRINT olaraq məqsədimiz çap və markalama sahəsində innovativ həllər təqdim edən, keyfiyyət və etibarlılığı ilə seçilən aparıcı şirkətlərdən biri olmaqdır. Müasir texnologiyaları daim tətbiq edərək müştərilərimizin gözləntilərini aşmaq, yerli və beynəlxalq bazarda tanınan brendə çevrilmək əsas vizyonumuzdur.

Məqsədimiz

Müştərilərimizə yüksək keyfiyyətli, operativ və sərfəli çap xidmətləri təqdim etməklə onların məhsul və brendlərinə əlavə dəyər qazandırmaqdır. Seriqrafiya, tampon çapı, UV çapı, lazer markalama, DTF çapı, sublimasyon çapı, tekstil üzərinə çap, kağız stəkanlar və plastik stəkanlar üzərinə çap xidmətlərimizi müasir texnologiyalarla həyata keçiririk. Qida, içki, reklam və promo sektorları üçün kağız və plastik stəkanların brendlənməsi sahəsində keyfiyyətli və davamlı çap həlləri təqdim edirik. Əsas məqsədimiz uzunmüddətli əməkdaşlıq qurmaq, etimad qazanmaq və müştərilərimizin uğurunda etibarlı tərəfdaş olmaqdır.

Dəyərlərimiz

Keyfiyyət

Hər çap işində dəqiqlik və uzunömürlülük.

Operativlik

Vaxtında və etibarlı təhvil.

Yenilik

Müasir texnologiya və yaradıcı həllər.

Tərəfdaşlıq

Uzunmüddətli, açıq və dürüst münasibət.

Rənglərin peşəkar izi

Tekstil çap
Reklam materialları
Seriqrafiya
Dəqiqlik
Keyfiyyət
Etibar
Fikirdən məhsula
Keyfiyyətdən gələcəyə
İş prosesi

Sifarişdən təhvilə qədər 4 sadə addım

01

Brif və konsultasiya

İdeyanızı dinləyir, məhsul, həcm və materialı dəqiqləşdiririk.

02

Dizayn və nümunə

Dizayn hazırlanır, rəng və material nümunəsi təsdiqlənir.

03

Çap istehsalat

Müvafiq texnologiya seçilir, keyfiyyət nəzarəti altında çap edilir.

04

Təhvil

Qablaşdırma və operativ çatdırılma – istənilən həcmdə.

Brendinizi 1 milyon məhsulda çap etməyə hazırıq

Stəkan, paket, tekstil, promo məhsul və lazer markalama üçün sürətli qiymət təklifi alın.